Finlandiyada təyyarə qəzası — Pilot öldü

DÜNYA 16 iyl 2023, 22:59
Finlandiyanın Kuvola şəhərində keçirilən hava şousunda qəza baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən  xəbər verir ki, pilot havada müxtəlif akrobatik hərəkətlər edib, sonra enməyə başlayıb və partlayış olub.

Bir müddət sonra təyyarə aviaşounun keçirildiyi ərazinin yaxınlığında yerə çırpılıb.

Hadisə nəticəsində pilot ölüb.

Tamaşaçılardan heç biri xəsarət almayıb.

Qəzanın səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top