“Bayden müharibəni beş dəqiqəyə də bitirə bilərdi” — ZELENSKİ

XARİCİ SİYASƏT 10 iyul 2023, 17:03
ABŞ prezidenti Co Bayden Ukraynadakı müharibəni beş dəqiqəyə bitirə bilərdi.

Azpost.info bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski ABC News-a müsahibəsində deyib.

“Əgər biz münaqişəni Ukraynanın maraqları bahasına bitirməkdən, başqa sözlə, bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, düşünürəm ki, bu yolla Bayden hətta beş dəqiqəyə də müharibəni bitirə bilərdi”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Kiyev bununla heç vaxt razılaşmayacaqdı.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir gün ərzində Ukrayna münaqişəsinə son qoya biləcəyini bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 13:17
18 sentyabr 2025, 12:37
18 sentyabr 2025, 12:28
18 sentyabr 2025, 11:30
18 sentyabr 2025, 11:29
Top