Azərbaycanlı tələbə ABŞ-da 55 min dollar təqaüd alacaq — FOTO

DÜNYA 07 iyl 2023, 21:17
Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi ABŞ-də doktoranturaya qəbul olub.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Belə ki, Arzu Alxanova BMU-nun Pedaqoji fakültəsini (tədris ingilis dili) 99,17 balla bitirib.

O, ABŞ-nin Şimali Karolina Dövlət Universitetinin birbaşa doktorantura pilləsinə tam təqaüdlə qəbul alıb. Onun üçün ayrılan illik təqaüd 55.000 dollar təşkil edir.

Qeyd edək ki, Arzu Alxanova BMU-ya 611 balla daxil olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top