Türkiyə Ordusu bu il 794 terrorçunu zərərsizləşdirib

HƏRBİ 06 iyl 2023, 17:07
Türkiyə Ordusu tərəfindən yanvarın 1-dən indiyədək 794 terrorçu zərərsizləşdirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, əməliyyatlar nəticəsində yanvar ayından bu günədək 794 terrorçu zərərsizləşdirilib:

"Ölkə daxilində və sərhəddən kənarda həyata keçirilən uğurlu əməliyyatlarla terror təşkilatına ağır zərbə vurulub və hərəkat qabiliyyətinə son qoyulub

Ölkəmizə qarşı terror təhdidinə bütün əməliyyatlarımız beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir.

Başda İraq olmaqla, bütün qonşularımızın sərhədlərinə və ərazi bütövlüyünə hörmət edilməklə, özünümüdafiə hüququ çərçivəsində və yalnız terrorçu ünsürləri hədəf alaraq əməliyyatlarımıza davam edirik".


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top