Finlandiya Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 rus diplomatını casusluqda ittiham edərək ölkədən çıxarıb.
Demokrat.az xəbər verir ki, bu barədə Finlandiya Rəyasət Heyəti açıqlama yayıb.
Məlumata görə, Rusiyanın Helsinki səfirliyində çalışan 9 diplomatı casusluq fəaliyyəti ilə məşğul olduqları iddia edilir.
Eyni zamanda Rusiyalı diplomatların hərəkətlərində “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyasının tələbləri pozulduğu göstərilib.
Rus diplomatlarla bağlı qərar Finlandiya Prezidenti Sauli Niinisto tərəfindən keçirilən Nazirlər Kabinetinin ölkənin xarici və təhlükəsizlik siyasəti ilə bağlı görüşündə verilib.
Aysu
Demokrat.az