Hakan Fidan və İbrahim Kalın: Hər 2 şəxsin bu və ya digər şəkildə Azərbaycanla bağlılıqları da diqqət çəkir

TƏHLİL 05 iyn 2023, 16:00
Həm Kalın, həm də Fidanın akademik karyeralarında Qərb təhsilinin rolu var, Qərb qurumlarında çalışıblar da. Hər ikisi Ərdoğana şəxsi sədaqətlə bağlıdırlar. Hər iki şəxsin bu və ya digər şəkildə Azərbaycanla bağlılıqları da diqqət çəkir. Hakan Fidanın ilk böyük vəzifəsi TİKA-ya rəhbərlik olub. Həmin dövr Azərbaycanda "qrant azadlıqları" dövrü idi, bu postda olmaq elə Azərbaycanın da geniş siyasi spektri ilə sıx təmaslar yaranması demək idi.

İbrahim Kalının Azərbaycana bağlılığı isə ərzurumlu olması, ailə- məişət dilinin dadaş ləhcəsi olmasından, ələvi-qızılbaş ənənəsinə, Azərbaycan musiqisinə yaxınlığından irəli gəlir. Özü də Şah İsmayıl irsinə müraciət edir, sözü və melodiyası İbrahim Kalına aid bəstələr “azəri türküsü” adıyla ifa olunur. Azərbaycan mövzusuna siyasətçi kimi daim həssas yanaşıb.

Kalınının rəhbərlik etdiyi düçüncə mərkəzi- SETA xarici siyasət idarəsi üçün də kadr emalatxanası kimi çıxış edib. H. Fidanın rəhbərlik etdiyi qurumun kadr emalatxanası kimi necə işlədiyi haqda isə yalnız ehtimallar yürütmək olar. Aydın olan budur ki, "yeni yüz ilin Türkiyəsi" vizyonun reallaşması, siyasi sistemin davamlılığı və ötürülməsi məhz həmin kadrlardan və Kalınla Fidan arasında əməkdaşlıqdan xeyli dərəcədə asılı olacaq. Hər halda Fidanın o zaman rəhbərik etdiyi sahə də, indi rəhbərlik etiyi xariciyyə ilə bərabər 2018-ci ildən sonra Kalının kurasiyasında idi, onlar arasında anlaşılmazlıq olması haqda hər hansı məlumat və ya əlamət yoxdur. Daha əvvəl yollarının necə kəsişdiyini söyləməksə çətindir.

Son seçkilər türk partiyaları qədər fərqli siyasi vizyon təqdim edən türk düşüncə mərkəzlərinin (SETA, ASAM, TÜRKSAM və s.), fərqli strateji baxışların da yarışına çevrilmişdi. SETA- nın və MİT-in vizyonu qalib gəldi deyə bilərik. Bəs bu qələbə sistemin hansı formada transformasiyasını, ötürülməsini təmin edəcək? 1930-cu, 1950-ci ya 2000-c illərin təcrübəsindən çıxış ediləcək, yoxsa tam yeni bir yol izlənəcək? Türk siyasətinin yaxın dövr üçün ən böyük siyasi intriqası bu suallar ətrafında olacaq...


Cəmaləddin Quliyev
Siyasi şərhçi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top