Fələstin: Trampın Qəzza planı qəbuledilməzdir

DÜNYA 11 may 2025, 10:03
Fələstin Dövləti ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının abadlaşdırılması planına qəti şəkildə qarşı çıxır.
 
Demokrat.az xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bildirib.
 
"Biz fələstinlilərin öz torpaqlarından köçürülməsinə qarşıyıq və Qəzzada "Yaxın Şərq Rivyerası" yaradılmasını istəmirik – biz bu planı qəbuledilməz hesab edirik və buna görə də rədd etmişik", – Abbas söyləyib.
 
Dövlət başçısı bildirib ki, Fələstin iqtidarı Qəzzanın ABŞ administrasiyasının nəzarətinə verilməsi ideyasına da kəskin şəkildə qarşı çıxır. "Nə amerikalıların, nə də digər xarici qüvvələrin Qəzza zolağını idarə etmək hüququ yoxdur – bunu yalnız Fələstin Milli Administrasiyası edə bilər və biz bu məsələdə mövqeyimizi ABŞ administrasiyasına bildirmişik", – o vurğulayıb.
 
Qeyd edək ki, fələstinlilərin Qəzzadan köçürülməsi ilə bağlı müzakirələr ABŞ Prezidentinin fevral ayında hərbi əməliyyatlar nəticəsində evlərini itirmiş Qəzza sakinlərinin ərəb ölkələrində, xüsusilə Misir və İordaniyada yerləşdirilməsinin mümkün olduğunu bildirməsindən sonra başlamışdı. Trampın sözlərinə görə, söhbət anklavdan kənarda yerləşdirilməli olan 1,5 milyon insandan gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top