
"Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması yolunda tarixi dönüş nöqtəsi çatıb".
Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı zamanı deyib.
Onun sözlərinə görə, bu fürsəti dəyərləndirmək lazımdır:
"Türkiyə atəşkəsin və davamlı sülhün təmin edilməsindən ötrü müzakirələrə ev sahibliyi etməyə, o cümlədən hər cür töhfəni verməyə hazırdır", - Ərdoğan deyib.