BMT: BƏƏ insan haqları fəallarını həbsdə saxlayır

DÜNYA 02 iyn 2023, 21:21
Birləşmiş Ərəb Əmirliklərində 50-dən çox fəal hökuməti devirməyə cəhd etdikləri üçün həbs cəzasına məhkum edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) açıqlama yayıb.

Açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) məhkumluq müddətinin başa çatmasına baxmayaraq, 50-dən çox fəalı hələ də həbsxanada saxladığı barədə xəbərdarlıq edilib.

Həmçinin, BƏƏ-dən bu şəxsləri dərhal azad etmək və onlara həbsxanada qaldıqları müddət üçün təzminat hüququ vermək tələb edilib.

Qeyd edək ki, 50 fəaldan bəzilərinin cəza müddətinin başa çatmasından illər keçib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top