Bakıda yol qəzası zamanı biri körpə olmaqla üç nəfər ölüb

HADİSƏ 28 may 2023, 23:14
Bakının Suraxanı rayonunda ağır yol nəqliyyatı hadisəsi baş verib.

Qəza Hövsan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Hövsan şossesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.

Hazırda Hövsan şossesində hərəkət məhdudlaşdırılıb.

Hadisə şahidləri yolun işıqlandırılması səbəbindən belə hadisənin baş verdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top