Azərbaycan Premyer Liqası: elitanı tərk edən komanda bu gün müəyyənləşəcək

İDMAN 27 may 2023, 09:45
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start veriləcək.

Demokrat.az
xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

"Sumqayıt" "Zirə"ni, "Qəbələ" "Kəpəz"i qəbul edəcək. Bu görüşlər UEFA Konfrans Liqasına vəsiqə üçün önəmlidir. "Qəbələ" məğlub olmasa avrokuboklarda iştirakını rəsmiləşdirəcək.

Çempionatın autsayderləri olan "Səbail" və "Şamaxı" "ASCO Arena"da münasibətlərə aydınlıq gətirəcəklər. "Dənizçilər"ə elitada qalmaq üçün heç-heçə də kifayət. Bölgə klubu isə I Diviziona düşməmək üçün mütləq qələbə qazanmalıdır.//Report

Azərbaycan Premyer Liqası

XXXVI tur

27 may

17:30. "Sumqayıt" - "Zirə"

17:30. "Qəbələ" - "Kəpəz"

20:00. "Səbail" - "Şamaxı"

28 may

"Neftçi" - "Sabah"

"Qarabağ" - "Turan Tovuz"

Turnir cədvəli

1. "Qarabağ" - 87 xal

2. "Sabah" - 81 xal

3. "Neftçi" - 65 xal

4. "Qəbələ" - 49 xal

5. "Zirə" - 47 xal

6. "Turan Tovuz" - 39 xal

7. "Kəpəz" - 30 xal

8. "Sumqayıt" - 28 xal

9. "Səbail" - 26 xal

10. "Şamaxı" - 25 xal

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top