Yevlaxda qətl törədən ata və oğulun istintaqı başa çatdı

HADİSƏ 25 may 2023, 18:22
Yevlax rayonunda qətl törətməkdə ittiham olunan Afət Abdullayev və onun oğlu Təbriz Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az
xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, bu ilin fevralın 13-də Yevlax rayon sakinləri Ramil Əsədov xəsarət alması və Amin Əsədovun isə ölməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma aaprılıb. 

Onların 1985-ci il təvəllüdlü Afət Abdullayev və oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayev tərəfindən qətlə yetirilmələri məlum olub.  

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla vəya təhlükəli üsulla adam öldürmə) 29, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top