Baş nazir daşqın zonasına səfər etdi — FOTO

DÜNYA 22 may 2023, 21:16
İtaliyanın baş naziri Giorgia Meloni su basmış Emiliya-Romanya bölgəsinə baş çəkib.

Demokrat.az
xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, İtaliyanın Emilia-Romanya bölgəsində daşqın nəticəsində 14 nəfər həyatını itirib.

Ölkədə baş verən fəlakətdən sonra baş nazir Giorgia Meloni bölgəyə səfər edib.

Çəkmələrini geyinən baş nazir sel sularının içindən keçib və zərərçəkənləri bir-bir ziyarət edib.

Nazir daşqın bölgəsində araşdırmalar aparıb və səlahiyyətlilərdən məlumat alıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top