Rusiyaya qarşı yeni sanksiyalar gəlir — Qərar verildi...

XARİCİ SİYASƏT 19 may 2023, 16:34
Yaponiyanın Xirosima şəhərində başlayan G7 ölkələrinin sammitində işğalçı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edilib.  

Demokrat.az
xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Beynəlxalq görüşdə G7 liderləri Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək vəd ediblər. 

Bununla yanaşı, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə də qərar verilib.

Yeni sanksiyalara görə, "Rusiya üçün böyük əhəmiyyət kəsb edən" texnikaların ixracı məhdudlaşdırılacaq və müharibədə Rusiyaya kömək etməkdə ittiham olunan qruplar birbaşa hədəfə alınacaq.

Qeyd edək ki, mayın 19-da işə başlayan G7 sammiti mayın 21-də başa çatacaq. 


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top