Rusiyada mindən çox çağırışçı Finlandiyadan sığınacaq istəyib

HƏRBİ 19 may 2023, 10:33
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Rusiya Federasiyasının 1109 vətəndaşı hərbi xidmətə çağırılmamaq üçün Finlandiyadan sığınacaq istəyib.

Demokrat.az
TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya miqrasiya xidmətinin məlumatında açıqlanıb.

Ölkənin hakimiyyət orqanları çağırışı yaşında olan ruslara sığınacaq verilməsi ilə bağlı hələlik qərar qəbul etməyib.

Qeyd olunur ki, Finlandiya bu məsələ ilə bağlı Avropa İttifaqının mövqeyini  gözləyir. Çünki  Şimali Avropa ölkələri birgə müzakirələr nəticəsində hər hansı tədbir görməzdən əvvəl Aİ-dən göstəriş gözləməyə razılaşıblar.

Xatırladaq ki, Rusiyada qismən səfərbərlik 21 sentyabr 2022-ci ildə elan edilib. Finlandiya Miqrasiya Xidmətinin məlumatına görə, ilk həftədə təxminən 100 nəfər Finlandiyadan sığınacaq istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top