Milli Məclisin Heydər Əliyevə həsr olunmuş xüsusi iclası keçirildi — YENİLƏNİB

GÜNDƏM 16 may 2023, 14:58
Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib.

Demokrat.az
-ın xəbərinə görə, iclasda 30-a yazın xarici ölkənin parlamentinin, o cümlədən Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA və Parlamentlərarası İttifaqın nümayəndə heyətlərinin üzvləri iştirak edib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Heydər Əliyev daim Azərbaycanın dostlarının sayının çox olmasına çalışıb: “Heydər Əliyevin ad gününü bu gün dostlarla qeyd etmək çox xoşdur. Nə qədər Azərbaycan var, Heydər Əliyevin xatirəsi yaşayacaq”.

Qeyd edək ki, xüsusi iclasa 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri qatılıb.

İclasda ümumilikdə 228 xarici nümayəndə iştirak edib.




***
11:02


Milli Məclisin xüsusi iclası başlayıb.

Demokrat.az
xəbər verir ki, iclas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Toplantıda 12 ölkənin parlament sədri, 10 ölkənin parlament sədrinin müavini, 6 ölkənin parlament üzvləri, beynəlxalq parlament təşkilatlarından isə 4 nümayəndə iştirak edir.

Tədbir iştirakçıları ilk olaraq parlamentin foyesində Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən sərgiyə baxış keçiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top