Azərbaycanın üçqat paralimpiya çempionundan növbəti medal

İDMAN 12 may 2023, 23:05
Azərbaycan para-üzgüçüsü Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində üçüncü medalı qazanıb.

Milli Paralimpiya Komitəsindən  verilən məlumata görə, o, 50 metr məsafəyə arxasıüstə üzmədə 27.96 saniyə nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Üçqat paralimpiya çempionu daha əvvəl 200 metr məsafəyə sərbəst üzmədə qızıl, 100 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə isə gümüş medal əldə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top