Yaponiyada iki zəlzələ baş verib, xəsarət alanlar var

HADİSƏ 11 may 2023, 22:10
Yaponiyada 5,2 və 5,9 maqnitudada iki zəlzələ baş verib.

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, birinci zəlzələ Tiba prefekturasında 5,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 35 kilometr dərinlikdə yerləşib. Təbii hadisə zamanı 4 nəfər xəsarət alıb.

İkinci zəlzələ Okinava prefekturasında Miyakojima adasında 5,9 maqnitudada baş verib. Zəlzələ ocağı 64 kilometr dərinlikdə yerləşib.

Son zəlzələdə dağıntı və tələfat qeydə alınmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top