Joze Mourinyo PSJ ilə bağlı iddiaları təkzib etdi

İDMAN 10 may 2023, 19:10
İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyo Fransa PSJ-sinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis iddiaların əsassız olduğunu söyləyib.

60 yaşlı çalışdırıcı Paris təmsilçisindən heç kimin onunla əlaqə saxlamadığnı söyləyib: "PSJ məni axtarır? Deməli, tapa bilməyiblər. Çünki klub rəsmilərindən heç biri mənimlə danışmayıb".

Daha əvvəl təcrübəli baş məşqçinin Fransa çempionu ilə danışıqlar apardığı bildirilib.

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ilin yayından "Roma"ya rəhbərlik edir.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top