Kamran Əliyev: Prokurorluğun müasir formada fəaliyyətinə görə Heydər Əliyevə minnətdarıq

GÜNDƏM 10 may 2023, 11:35
“Bu gün biz Ümummilli Lider Heydər Əliyevin 100 illiyini qeyd edəndə ilk növbədə onun prokurorluğa daim göstərdiyi diqqət yadımıza düşür”.

Demokrat.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

O bildirib ki, prokurorluq bu gün də daim Ulu Öndərin müəyyən etdiyi siyasi kurs üzrə öz fəaliyyətini davam etdirir:

"Xatırlayırıq ki, məhz Ulu Öndər Heydər Əliyev bütün dövlət qurumları arasında prokurorluğun fəaliyyətinə daim xüsusi diqqət yetirib. Onun məşhur çıxışları var. 3 oktyabr 1994-cü ildə prokurorluğun inzibati binasına silahlı basqından sonra Azərbaycan xalqına müraciəti olmuşdu. 1998-ci ildə prokurorluğun 80 illiyində, 2000-ci ildə məşhur 26 aprel iclasındakı nitqində və bütün çıxışlarında prokurorluğun mühüm dövlət hadisəsi olmasını qeyd etmişdir. Prokurorluğun bugünkü müasir fəaliyyəti üçün Ulu Öndərə minnətdarıq. Onun tərəfindən müəyyən edilmiş prokurorluğun dövlət qurumlarında, cəmiyyətdə yeri və rolu konstitusiyamızda da əksini tapıb, prokurorluq haqqında qanun layihələri hazırlanaraq qəbul edilib. Prokurorluq daim dövlətə və dövlətçiliyə, öz xalqına və cəmiyyətə qulluq edəcək”. (report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top