Prezident Qubadlının Xanlıq kəndinin təməlini qoydu — YENİLƏNDİ

HADİSƏ 04 may 2023, 18:17
Mayın 4-də Qubadlı rayonunun Xanlıq kəndinin təməli qoyulub

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, kənd Qubadlı rayonunun mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Yaşayış məntəqəsinin layihələndirilən ərazisi elə Xanlıq kəndinin köhnə ərazisini əhatə edir və ümumi sahəsi 273 hektardan çoxdur.

Qeyd edildi ki, birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur. İnşa ediləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Perspektivdə Xanlıq kəndində 4 mindən çox sakinin (1024 ailə) məskunlaşdırılması planlaşdırılıb.

Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Həmçinin inzibati bina, məktəb, uşaq bağçası, ailə sağlamlıq, klub icma və idman sağlamlıq mərkəzləri fəaliyyət
göstərəcək.

Prezident İlham Əliyev Xanlıq kəndinin təməlini qoydu.

xxx

Azərbaycan Prezidenti İlham Əliyev Qubadlının Xanlıq kəndinin təməlini qoyub.

Demokrat.az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top