Azərbaycanlı milyarderin 230 milyonluq yaxtasında AXTARIŞ

HADİSƏ 03 may 2023, 16:49
Almaniya hərbçiləri və polisi “67 yaşlı zəngin rusiyalı iş adamına” məxsus super yaxtada axtarış aparıb.

Demokrat.az
xəbər verir ki, bu barədə teleqram kanalı məlumat yayıb. İş adamının adı açıqlanmasa da, iddialara görə söhbət Fərhad Əhmədov və onun 230 milyon dollara 115 metrlik “Luna” gəmisindən getdiyi bildirilir.

Alman hakimiyyət orqanları “məxfilik səbəbindən” iş adamının adını açıq şəkildə açıqlamır. Yalnız oliqarxın yaşı, onun 2022-ci ilin aprelindən sanksiya siyahısında olduğu, yaxtanın Almaniyanın şimalında yan aldığı bildirilir.

"Yəqin ki, Fərhad Əhmədovdur. Onun 67 yaşı var və ona məxsus gəmi artıq bir ildir ki, Hamburqdadır . Özü də 2022-ci ilin aprelindən Aİ sanksiyaları altındadır" - iddia olunur.

Yaxtada qadağan olunmuş qiymətli əşyaları gizlətdiyini aydınlaşdırmaq üçün almanlar Hərbi Dəniz Qüvvələrini və federal təhlükəsizlik qüvvələrini cəlb ediblər. Onlar artıq super yaxtada axtarış aparıblar.

2019-cu ildə Fərhad Əhmədov Forbes jurnalına görə Rusiyanın ən varlı adamları siyahısında 67-ci olub. Onun sərvəti o zaman 1,4 milyard dollar qiymətləndirilirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top