Azərbaycan MMA prezidenti: “Məşqçinin aqressiya göstərməsi, onun zəifliyidir”

İDMAN 02 may 2023, 23:39
Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov 7 yaşlı Fərid Bakarovun məşq zamanı ölümündən kədərləndiyini bildirib.

Hazırda Döyüş idman növləri üzrə Ümudünya Oyunlarında Azərbaycan yığmasına başçılıq edən Azad Əsgərov Oxu.Az-a fikirlərini bölüşüb.

“Biz uşaqlar üçün ömrümüzü qoyuruq ki, onlar layiqli övlad, mətin vətəndaş, mübariz idmançı kimi formalaşsın, vətənimizi dünya arenalarında təmsil etsin, bayrağımızı dalğalandırsın. Mən həqiqi idmançılardan danışıram - məşqçi ilk növbədə valideyndir. Ona həvalə olan uşağların sağlamlığına, onların psixoloji durumuna, gələcəyinə görə biləvasitə məsuliyyət daşıyır. O uşaqlara öz övladın kimi yanaşmasan, onları zədələrdən qorumasan, özünəinamını, şəxsiyyətini formalaşdırmasan, öz zəhmətinlə tərinlə, qanınla öyrəndiklərini, bildiklərini öyrədə bilməzsən. Bunun üçün uşağı öz övladın kimi sevməlisən. Bu peşəkarlığın ən əsas amilidir. Məşqçinin, müəllimin aqressiya göstərməsi, onun zəifliyidir, peşəkar kimi gərəksizliyidir.

Dünəndən şokdayam. Gəcə yata bilməmişəm.

Uşağı təhqir etməklə, aşağılamaqla, ona zədə yetirməklə onu şəxsiyyət etmək olarmı?

Kim sənə bu haqqı verib? O körpələrə qarşı bu vəhşiliyi etməyə kim sənə icazə verib? Nədir sənin məqsədin? Nəyə xidmət edirsən? Özünü bu yolla təsdiqləmək istəyirsən?
Bir körpəyə zülm etdin. Onin həyatına son qoydun. Arzuların puç elədin.

Mənim üç övladım idmanla məşğul olur, mən digər uşaqları neçə ozümkülərdən ayıra bilərəm? Məhz buna görə federasiyamız klubları, idman zallarını ziyarət edir. Mütəmadi şəkildə məşqçilərlə görüşüb, onlarla daim işləyir. Məşqçilərə hər zaman izah edirik ki, ölkənin idman kapitalı uşaqlardır - onları qorumaq, qayğısını çəkmək, daim diqqət mərkəzində saxlamaq, onların inkişafı, şəxsiyyət kimi idmançı kimi formalaşması üçün əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün məşqçi heyəti üçün mütəmadi seminarlar, təlimlər keçiririk, onların peşəkarlığını yüksəltmək, biliklərini artırmaq istiqamətində tədbirlər keçiririk. Təhlükəsizlik qaydalarına riayət etmək, idmançılara hörmətlə yanaşmağı aşılayırıq. Uşaqlara məşq keçmək hər yoldan ötənin işi deyil - bunun üçün daxilən hazır olmalısan. Bunun məsuliyyətini anlamalısan”, - deyə A.Əsgərov qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top