Cəbrayılda mina partlayışı ilə bağlı cinayət işi açıldı

QARABAĞ 01 may 2023, 19:53
Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top