Balıq tutmaq istəyərkən öldü

HADİSƏ 28 apr 2023, 21:54
Türkiyədə bir nəfər qayıqla balıq tutmaq istəyərkən müvazinətini itirərək dənizə düşüb. 

Demokrat.az xəbər verir ki, bu barədə "HaberGlobal" məlumat yayıb.

Bildirilib ki, İzmirdə qayıqla balıq tutmaq istəyərkən dənizə düşən şəxs hadisə yerində dünyasını dəyişib. 

Hadisə yerli vaxtla saat 11:30 radələrində baş verib.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları  cəlb edilib.

Bütün müdaxilələrə baxmayaraq  o xilas ola bilməyib və həyatını itirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top