Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki,Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.