“Günay Bank” müştərilərini itirdi

İQTİSADİ 27 aprel 2023, 20:22
“Günay Bank”ın cəmi öhdəlikləri 7 milyon 471 min manat azalaraq 206 milyon 295 min manata düşüb.

Kommersant.az xəbər verir ki, bu azalmada bankın depozit portfelinin payı 38 faiz olub.

“Günay Bank”ın fiziki şəxslərdən topladığı əmanətlərin həcmi 360 min manat azalaraq 73 milyon 481 min manata düşüb. Biznesmenlər bankdakı əmanətinin 2 milyon 479 min manatını geri çəkdikləri üçün bankın hüquqi şəxslərdən topladığı depozitlər 35 milyon 84 min manata enib. Buna görə də bankın depozit portfeli 108 milyon 566 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 2 milyon 839 min manat və ya 2.5 faiz azdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top