Fransa hökuməti meşə yanğınlarından qorxaraq hərəkətə keçib.
Demokrat.az xəbər verir ki, hökumət yanğına qarşı büdcədən 180 milyon avro xərcləmək qərarına gəlib.
Dövlət yanğın təhlükəsi üçün 15 təyyarə, 10 helikopter alıb.
Məsələ ilə bağlı Fransanın daxili işlər naziri Cerald Darmanin açıqlama verib.
O bildirib ki, yanğınsöndürmə idarəsi üçün hökumətin büdcəsi 180 milyon avrodur:
"Bu büdcə əsasında 1100 yanğınsöndürən ağır texnika və helikopter kimi zəruri ləvazimatlar təmin olunacaq. İlk dəfədir ki, dövlət yanğının söndürülməsinə bu qədər böyük büdcə ayırır".
Aysu
Demokrat.az