Ceyhun Bayramov: "Azərbaycan sülh prosesində iştirak edəcək"

SİYASƏT 27 apr 2023, 14:33
Azərbaycan sülh prosesinə və sazişinə inanmasaydıq, bunun təşəbbüskarı olmazdıq.

Demokrat.az
xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.

“Bu çağırışı 2020-ci ilin yanvarında Cənab Prezident tərəfindən edilib. Sülh sazişi istiqamətində növbəti addımlar da məhz bizim tərəfimizdən edilib. Biz təbii ki, bütün vasitəçilərə öz təşəkkürümüzü bildiririk. Ən azından, bunlardan sonra Ermənistan yenidən prosesə döndüyünü bəyan edib. Növbəti danışıqların keçirilməsi prosesin çox önəmli növbəti mərhələsi və addımıdır. Biz bu prosesi dəstəkləyirik, alqışlayırıq. Azərbaycan sülh prosesində iştirak edəcək, irəli aparılması üçün əlindən gələni etməyə hazırdır”, - nazir qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top