Abutalıb Səmədov İsa Qəmbərə səsləndi: “Həqiqətləri ailə üzvlərinə çatdıra bilməyənlərin özlərinə “siyasətçi” deməyə haqları yoxdur”

SİYASƏT 26 apr 2023, 22:27
İsa Qəmbərin oğlu İlkin Qəmbər uzun müddətdir, Kanadada yaşadığına görə, görünür, orada aparılan təbliğatın təsiri altına düşüb. Məlumdur ki, Kanada türk dünyasına və ilk növbədə Türkiyəyə düşmənçiliyi ilə seçilən bir dövlətdir. İkinci Qarabağ müharibəsində elə müharibənin ilk günlərində Türkiyəyə qarşı sanksiya tətbiq etdi. Türkiyəyə pilotsuz uçuş aparatlarının müəyyən hissələrinin verilməsinə qadağa qoydu. Yəni müharibənin gedişində əlindən gələni etdi ki, Azərbaycanın qələbəsinin qarşısını alsın. İstənilən məsələlərdə Kanada Azərbaycan və Türkiyəyə, türk dünyasına zidd mövqe tutması ilə seçilir. Lakin İlkin Qəmbərin 40 yaşı var, tanınmış siyasətçinin oğludur. Bir ziyalının ailəsində böyüyüb. Onun təsir altına düşməsi o qədər də asan deyil. Bu cür insanlar yalnız maraqları olduğu halda hansısa mövqe səsləndirə bilərlər, bilmədən, düşünmədən, dərk etmədən yanlış fikirlər söyləməzlər. Onlar bilərəkdən müəyyən qənaətlərini bölüşərlər, axıra qədər də onun arxasında durarlar”.

 Demokrat.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında siyasi şərhçi Abdutalıb Səmədov deyib.

 “Bir başqası belə fikir söyləsə idi, yəqin, bizim özünə “demokrat” deyənlər onu lənətləyər, türk dünyasının düşməni elan edər, özlərinin də şəxsi düşmənləri elan edərdilər. Ancaq indi İsa Qəmbər məsələyə çox qəribə dözümlülüklə yanaşır və “bizim fikirlərimizdə fərqliliklər var” deyir. Mənim də oğlumun 40 yaşı var. O, belə bir fikir söyləsəydi, mən ondan imtina edərdim. Təbii, müəyyən məsələlərdə bizim də aramızda fikir ayrılıqları ola bilər. Ancaq bu cür prinsipial məsələdə mənim oğlum belə bir mövqe sərgiləsəydi, həmin an ondan imtina edər, bir daha onunla üz-üzə gəlməzdim. Ona görə də ikili standartları kənara qoymalıyıq. Bir başqası deyəndə ona düşmən kimi yanaşırsan, öz oğlun deyəndə isə “fikirlərimizdə fərliliklər var” deyirsən. Hesab edirəm, bu cür yanlış mövqe ortaya qoymaqda İlkin Qəmbər nə qədər günahkardırsa, İsa Qəmbər də ən az o qədər günahkardır. Evdə bu cür həqiqətləri öz ailə üzvlərinə çatdıra bilməyənlərin özlərinə “siyasətçi” deməyə haqları yoxdur. Öz ailə üzvlərini türk dünyasına sevgi ruhunda böyüdə, tərbiyə edə bilməyənlərin “mən siyasətçiyəm” deyib, ortaya çıxmağa haqları yoxdur. Belə hadisə baş verəndə də ya ailə üzvü ilə əlaqəni kəsməlidir, ya da siyasətdən çəkildiyini bəyan etməlidir. Bunu başqa cür izah etmək, “fərqli düşünürük, uzun müddətdir, görüşmürük” demək tamamilə yanlış mövqedir. Genosid erməni böhtanıdır, erməni yalanıdır. Buna dəstək verənlər kim olmasından asılı olamayaraq erməni “yan”lılarıdır. Bu, Azərbaycan vətəndaşı da ola bilər, kənar dövlətin vətəndaşı da, bizim doğmalarımız da. Kimliyindən asılı olmayaraq hamısına münasibət eyni olmalıdır. Bu cür fikir söyləyənlər Azərbaycanın, Türkiyənin və türk dünyasının düşmənləridir. Bu məsələdə dözümlülük nümayiş etdirmək insanın ikiüzlülüyünü ortaya qoymasıdır. Heç bir dözümlülük, səbirli yanaşma ola bilməz və biz bu cür bəyanatlara dözümlülük nümayiş etdirməməliyik. Yeri gəlmişkən, İsa Qəmbər oğlunun uğurları ilə fəxr etməyi mümkün sayır və xüsusi qeyd edir ki, onların açdıqları “Youtube" kanalı populyar bir kanaldır. Oğlunun istedadı ilə öyünür. Ancaq bütün türk dünyasına atdığı böhtana eyni münasibəti göstərmir. Onunla öyünən bu böhtana da qəzəb bildirməlidir, qəzəbi hiss olunmalıdır. Lakin çox təəssüf ki, İsa Qəmbərdə bu qəzəb hiss olunmur. Məsələyə səbirli, dırnaqarası “demokrat” kimi yanaşır və bu, təəssüf doğurmaya bilməz”.

 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top