Vasif Talıbovun dövründə şok yeyintilər — VİDEO

MALİYYƏ 26 apr 2023, 12:45
"Cari ilin dörd ayında Naxçıvan Muxtar Respublikasında Ordubad Su Elektrik Stansiyasının tikintisi, Kənd Təsərrüfatı Nazirliyinin dövlət subsidiyalarının verilməsi və hava limanının fəaliyyəti ilə bağlı nəzarət tədbirləri yekunlaşdırılıb".

Demokrat.az
xəbər verir ki, bu sözləri "Real TV"yə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

"Muxtar Respublikanın hava limanında nəzarət tədbirlərinin nəticələri göstərdi ki, gəlirlərin, xüsusilə nağd vəsaitlərin gizlədilməsi variantları var. Kənd Təsərrüfatı Nazirliyində isə fermerlərə verilən subsidiyaların kəmiyyət göstəriciləri artırılması hesabına artıq xərclərə yol verilib", - deyə Hesablama Palatasının sədri əlavə edib.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top