Erməni hərbçilər arasında atışma — Ölən və yaralanan var

REGİON 01 apr 2023, 12:14
“Azərbaycan-Ermənistan sərhədinin cənub-şərq hissəsində baş verən atışma nəticəsində bir hərbçi həlak olub, digəri isə yaralanıb”.

Demokrat.az "Yeniavaz.com"a  istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 31-də saat 22:50-də sərhədin cənub-şərq hissəsində, görünmənin son dərəcə pis olduğu əlverişsiz hava şəraitində, anlaşılmazlıq səbəbindən Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri arasında atışma olub.

Hadisədən sonra Ermənistan Silahlı Qüvvələrinin çağırışçı hərbçisi Qraçya Saruxanyanın meyiti tapılıb. Daha bir əsgər yaralanıb, onun həyatı üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top