Albaniyalı hücumçu: “Qarabağ”da çoxlu qol vuracağıma inanıram”

İDMAN 31 mar 2023, 22:30
“Bu komandada çoxlu qol vuracağıma inanıram. Hər bir hücumçu kimi mən də bunu istəyirəm”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın albaniyalı futbolçusu Redon Cica ölkəsinin telekanallarından birinə müsahibəsində deyib.

25 yaşlı hücumçu Ağdam klubunda əsas heyət üzvü olmaq istədiyini bildirib:

“Bu səbəbdən daha çox oynamaq şansı qazanmalıyam”.

O, “Qarabağ”a gələrkən çox yaxşı qarşılandığını söyləyib:

“Açığı, bu cür isti münasibət gözləmirdim. Ansi Aqolli burada əfsanədir. Sadəcə, heyran qaldım”.

Forvard Azərbaycan və Albaniya futbolunu da müqayisə edib:

“Bizdən fərqli olaraq, burada çox sürətli və texnikalı oyun oynanılır. Yeganə fərq bundan ibarətdir”.

Qeyd edək ki, Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top