Ramazan ayının onuncu gününün imsak, iftar və namaz vaxtları

GÜNDƏM 31 mar 2023, 22:01
Sabah Ramazan ayının 10-cu günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 1-də imsak vaxtı saat 04:58-də, iftar vaxtı isə 19:19-dadır. 

Aprelin 1-i üçün namaz vaxtları: 

Sübh azanı05:03
Zöhr azanı12:45
Əsr azanı17:14
Məğrib azanı19:19
İşa azanı20:21

Onuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.
Tərcüməsi: “İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.
Allah orucunuzu qəbul eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top