Müharibə davam edəcək — Peskovdan mühüm AÇIQLAMALAR

XARİCİ SİYASƏT 31 mar 2023, 16:20
"Kreml Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukraynada atəşkəs elan etmək təklifi ilə bağlı bəyanatından xəbərdardır, lakin Rusiya Federasiyası üçün heç nə dəyişmir, əməliyyatlar davam edir".

Demokrat.az
TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Avropa İttifaqında müzakirə olunan Ukraynaya “sülhməramlı qoşunların” göndərilməsi ideyası ciddi yanaşılsa, son dərəcə təhlükəlidir. Bu gün hərbi əməliyyatlar Rusiya Federasiyasının qarşısında duran məqsədlərə çatmaq üçün yeganə vasitədir. "The Wall Street Journal"ın jurnalistinin saxlanma şəraiti ilə bağlı ətraflı məlumat məxfidir, bununla FTX məşğul olur. Ukraynada nüvə silahının yerləşdirilməsinə çağırışlar Rusiyanın gözardı edə bilməyəcəyi hipotetik təhlükə yaradır. Trampın ittihamı Kremlin şərh verməyəcəyi prosesidir, ABŞ-ın daxili məsələsidir", - deyə o bildirib.

"Putin bu gün Moskva vaxtı ilə saat 14.00-dan sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasında yeni xarici siyasət konsepsiyasını müzakirə edəcək. XİN başçısı Sergey Lavrov isə hesabat verəcək. Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasında sədrliyi statusunun verdiyi bütün hüquqlardan istifadə ediləcək", - sözçü əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top