Sarayda minik maşını ilə yük avtomobili toqquşdu: Ölənlər var

HADİSƏ 27 mar 2023, 22:16
Saray qəsəbəsində baş verən qəzada ölənlərin sayı artıb.

APA xəbər verir ki, hadisə zamanı 2018-ci ildə anadan olmuş Hüseynli Zəminə, 2007-ci ildə anadan olmuş Allahverdiyeva Məryəm və 1974-cü ildə anadan olmuş Afət adlı şəxs dünyasını dəyişib.

Qəza nəticəsində 2019-cu ildə anadan olmuş Hüseynli Mehdi, 2016-cı ildə anadan olmuş Hüseynli Hüseyn, 1984-cü ildə anadan olmuş Hüseynova Nərminə, və 1989-cu ildə anadan olmuş hüseynli Nurəngiz xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə dünyasını dəyişən Məryəm Rusiyada təhsil alırmış. O, Azərbaycana sənəd düzəltmək üçün gəlib.

Qeyd edək ki, Saray qəsəbəsində minik və yük avtomobilləri toqquşub, ölən var.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top