Bakıda idman müəllimi polislərə tabe olmadı TƏFƏRRÜAT

HADİSƏ 27 mar 2023, 16:26
Bakının Xətai rayonunda idmançı polisə müqavimət göstərib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə martın 26-da baş verib. 

Rayonun Həzi Aslanov qəsəbəsində yerləşən “Qacağan” kafesinin yaxınlığında 1 nəfər şəxsin ucadan ünvansız nalayiq hərəkətlər və söyüşlər işlədib. Bu hərəkətləri ilə ictimaiətə açıq-aşkar hörmətsizlik edərək ictimai asayişi kobud şəkildə pozub. 

Onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb. 
Həmin şəxs Xətai rayon Polis İdarəsinin 37-cü polis bölməsinə gətirilib. Onun 1985-ci il təvəllüdlü Telman (ad şərti verilib – red.) olduğu müəyyən edilib. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəlləri ilə inzibati qaydada protokol yazılıb.

Barəsində inzibati protokol yazılan şəxs bildirib ki, spirtli içkinin təsiri altında olduğundan hadisəni xatırlamır. Onun sözlərinə görə, özü idman müəllimidir və cüdo idman növü üzrə nailiyyətləri var. 

Qeyd edib ki, törətdiyi əməldən səmimi peşmandır, barəsində yüngül inzibati tənbeh növünün tədbiq edilməsini xahiş edir. 
İnzibati protokol baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. 

Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baş tutan iclasda qərar elan olunub. Qərara görə, Telman 10  gün müddətində inzibati qaydada həbs edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top