Ermənistanda zəlzələ oldu

REGİON 26 mar 2023, 19:59
Ermənistanda Spitakdan 4 km şimal-şərqdə zəlzələ olub.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik xəbər verir ki, maqnitudası 3,0, ocağının 10 km dərinliyi olan yeraltı təkanlar yerli vaxtla saat 18:54-də qeydə alınıb.

Episentrdə güc 4 bal olub.

Zəlzələ Lori rayonunun Spitak, Stepanavan və Vanadzor, həmçinin Şirakamut, Arjut, Lernapat və Şahumyan kəndlərində 3-4 bal gücündə hiss olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top