Eyyub Yaqubov İsrail konsertində: "Azərbaycan bütövləşəcək, Turan yaranacaq" — VİDEO

MARAQLI 26 mar 2023, 18:24
Azərbaycan Respublikasının Xalq artisti Eyyubov Yaqubovun İsraildə böyük coşqu ilə keçən sonuncu konserti sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Demokrat.az
xəbər verir ki, populyar müğənninin Azərbaycanın 44 günlük savaşda qazandığı qələbə, Bütöv Azərbaycan, Turan Birliyi, İsraillə müttəfiqliklə bağlı fikirləri xüsusilə rəğbətlə qarşılanıb.

Daha sonra Eyyub Yaqubov bildirib: “Vaxtilə Mikayıl Müşfiq, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi şəxsiyyətlər həqiqət uğrunda, Vətən uğrunda şəhid oldular. Və Turan uğrunda şəhid oldular. Və görürsünüz ki, qələbələr, torpaqlarımız işğaldan azad olundu. Bu hələ başlanğıcdır. İnşallah, hələ Azərbaycan daha da bütövləşəcək və bütöv bir Turan dövləti qurulacaq. Onların yanında bir dost kimi İsrail, yəhudilər də olacaq. Yaşasın Turan, Azərbaycan və İsrail dostluğu, qardaşlığı”.(Turkustan.az)
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top