Almaniyanın Bayroyt Universitetinin araşdırmaçıları neft emalının yan məhsulu olan kükürdü istifadə edərək plastikin ekoloji təmizliyini artırmaq üsulunu tapıblar. Onların işləyib hazırladığı texnologiya poliefirlərdə – butulkalar, qablaşdırma, bel çantaları və geyim hazırlanmasında istifadə olunan plastik növündə xüsusi “dinamik kükürd əlaqələri” yaratmağa imkan verir.
“Report” xəbər verir ki, tədqiqat “Angewandte Chemie International Edition” (ACIE) jurnalında dərc edilib.
Poliefirlərin daha asan təkrar emal edilə bildiyi üçün digər plastik növləri ilə müqayisədə daha davamlı hesab olunur. Lakin onların da bir çatışmazlığı var: təkrar emal zamanı material keyfiyyətini itirir, bu da mümkün təkrar emal dövrlərinin sayını məhdudlaşdırır.
Bu problemi həll etməyə “dinamik əlaqələr” adlanan – asanlıqla dağıdıla və yenidən formalaşdırıla bilən kimyəvi birləşmələr kömək edir. Belə materialları təmir etmək, yenidən əridib istifadə etmək əsasını dağıtmadan daha asandır. Alimlər kükürd və xüsusi kimyəvi birləşmələr - epoksidlərdən istifadə edərək poliefirlərdə belə əlaqələr yaratmağı öyrəniblər. Onların bəziləri artıq sənayedə istifadə olunur, digərləri isə təbii xammaldan əldə edilib.
Metod təkcə effektiv deyil, həm də iqtisadi cəhətdən sərfəlidir: reaksiya sadə katalizator – litium alkoksid istifadə etməklə mülayim temperaturda baş verir ki, bu da xərcləri və enerji istehlakını azaldır.
“Bizim kəşfimizin xüsusiyyəti ondan ibarətdir ki, kükürd təkcə dinamik əlaqələrin yaradılmasında iştirak etmir, həm də reaksiyanı özü sürətləndirir. Bu, yetərincə qeyri-adi mexanizmdir”, – tədqiqatın başçısı professor Aleks Player qeyd edib.
Yeni plastiki modifikasiya etmək mümkündür – məsələn, istiləşdikdə əriyən və turşunun təsiri altında dağılan çoxdəfəli yapışqana çevirmək olar. Bu, daha davamlı və istifadədə çevik materialların yaradılmasına yol açır.