Gürcüstan sərhədlərində robot gömrükçülər işə cəlb ediləcəklər

REGİON 26 mar 2023, 08:57
Gürcüstan gömrük xidmətinin təşkilində robotlardan istifadə edəcək.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin rəhbəri Laşa Xutsişvili məlumat verib.

“Robotlar müxtəlif sənədləri qəbul edib rəqəmsallaşdıracaq, onlarda olan səhvləri göstərəcək və gömrük nəzarəti işinə cəlb olunacaqlar”, - deyə Xutsişvili vurğulayıb.

Qeyd edək ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri gömrük xidmətinin təşkilində, dəmir yolu stansiyalarında, metroda robotların xidmətindən istifadə edirlər.(Vestikavkaza)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top