İrandakı zəlzələdə yaralananların sayı açıqlandı

REGİON 24 mar 2023, 23:45
Bu gün İranda qeydə alınan zəlzələ nəticəsində yaralananların sayı açıqlanıb.

Bu  barədə İranın Qərbi Azərbaycan Vilayətinin Böhran İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində yaralananların sayı 165 nəfərdir. Eyni zamanda, xəsarət alanların sayının artacağı istisna edilmir.

Xatırladaq ki, bu gün səhər yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top