Qax sakini həmkəndlisini bıçaqladı

HADİSƏ 24 mar 2023, 11:15
Qaxda həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə sona çatıb.

Demokrat.az xəbər verir ki, ötən gün axşam saatlarında rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxs münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top