İstanbulda FETÖ üzvlərinə qarşı əməliyyat keçirildi, 21 nəfər saxlanıldı

REGİON 22 mar 2023, 11:25
Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə qarşı əməliyyat keçirilib.

Demokrat.az xəbər verir ki, İstanbulda FETÖ üzvlərinə qarşı keçirilən əməliyyatda 21 şübhəli şəxs saxlanılıb, 4 nəfərin isə axtarışı davam etdirilir.

Evlərdə aparılan axtarışlar zamanı çoxlu təşkilati sənədlər və rəqəmsal materiallar da ələ keçirilib. Tutulan 21 FETÖ-çü ifadəsi alınmaq üçün İstanbul Təhlükəsizlik Müdirliyinə gətirilərkən, qaçan 4 şübhəlinin tutulması istiqamətində işlərin davam edir.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top