Avropa çempionatı: Azərbaycanın futzal millisi əsas mərhələdə mübarizəyə başlayır

İDMAN 22 mar 2023, 10:06

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, yığma Fransa seçməsi ilə üz-üzə gələcək.

Bosniya Herseqovinada təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 5-ci qrupun digər matçında Yunanıstan meydan sahibləri ilə görüşəcək.

20:00. Fransa – Azərbaycan

Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top