Yaponiya Ukraynaya 470 milyon dollar təmənnasız yardım ayırdı

DÜNYA 22 mar 2023, 08:33
Yaponiya hökuməti Ukraynaya təmənnasız yardım şəklində 470 milyon dollar ayırmağa qərar verib.

Demokrat.az xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kisida Kiyevə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz Ukraynaya enerji və digər sahələrdə kömək üçün 470 milyon dollar ianə verəcəyik”, - deyə Nikkei qəzeti çərşənbə günü hökumət başçısından sitat gətirib.

Bundan əvvəl Kisida Ukraynaya travmatik silahların tədarükü üçün 30 milyon dollar ayrıldığını açıqlamışdı.//APA
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top