Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var

HADİSƏ 21 mar 2023, 15:35
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, minik avtomobilinin aşması nəticəsində iki nəfər Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Fuad Səmədzadə və 1965-ci il təvəllüdlü Sevil Gəncəliyeva xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top