“Vesti.az” İnformasiya Agentliyinin 14 yaşı tamam olur

MEDİA 16 mar 2023, 09:48
Bu gün “APA Media Group”un tərkibində fəaliyyət göstərən rusdilli “Vesti.az” İnformasiya Agentliyinin yaradılmasından14 il ötür.

“Vesti.az” ilk gündən geniş oxucu auditoriyasının diqqətini cəlb edib. Eksklüziv materiallar, reportaj və müsahibələr “Vesti.az”ın populyar internet resurslardan birinə çevrilməsinə səbəb olub.

“Vesti.az” təkcə Azərbaycanda deyil, dünyada, xüsusilə MDB məkanında tanınan, ən çox istinad edilən resurslardan biridir. Agentlik Qarabağ məsələsi ilə bağlı reallığın dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.

Hər gün on minlərlə oxucunun ziyarət etdiyi “Vesti.az” dünyanın tanınmış analitikləri, politoloqları ilə yaxından əməkdaşlıq edir.

Demokrat.az kollektivi adından həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top