Bu ölkədə inflyasiya 100 faizi keçdi

DÜNYA 15 mart 2023, 15:38
Argentinada inflyasiya 1990-cı illərin əvvəllərindəki hiperinflyasiya dövründən bəri ilk dəfə olaraq 100 faizdən yuxarı qalxıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Argentinanın milli statistika idarəsi məlumat yayıb. 

Məlumata görə, bu ilin fevral ayında illik inflyasiya 102,5 faiz təşkil edib.

Argentina hökuməti inflyasiya ilə mübarizədə ərzaq və bəzi digər məhsulların qiymətlərinə hədd qoyub.

Bununla belə, aylıq bazda ən yüksək artım yüzdə 9,8 ilə qida və içki qrupunda olub.

Argentina mediası bu ilin yanvar-fevral aylarında ətin qiymətinin 20 faiz artdığını yazıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top