Bəxtiyar Hacıyevin biabırçılığı və “ona uşaqbazlıq belə mübahdır” yanaşması

TƏHLİL 25 fevral 2023, 18:12

İctimai fəal (?) Bəxtiyar Hacıyevin intim görüntüləri yayılıb. Görüntülərin necə ortaya çıxdığı bəlli deyil, lakin foto və videoların Bəxtiyar Hacıyevin özü, yaxud “partnyoru” tərəfindən çəkildiyi aydın görünür. İstər maşında olsun, istər yataqda Bəxtiyar Hacıyev və yanındakı xanımlar öz telefonlarına poz verir, selfi edirlər.

Digər məlumatlara görə, B.Hacıyev sonradan bu görüntüləri öz dostlarına göndərir, qürrələnir, hətta xanımları dostlarına da “ötürür”.

Görüntülərin yayılmasından sonra Bəxtiyar Hacıyevin “müdafiəçiləri” bunu “şəxsi həyata müdaxilə” kimi qələmə verir, Hacıyevin “seksual manyak” obrazını gizlətməyə çalışırlar.

Bəli, kiminsə şəxsi həyatı müzakirə mövzusu olmamalıdır, lakin o zamana qədər ki, bu cinayət tərkibi daşımasın və mənəvi dəyərlərə təhlükə yaratmasın. 

Bəxtiyar Hacıyevin görüntülərində isə bu cinayətlərin hər ikisi də var.

Birincisi, Bəxtiyar Hacıyevin aldadaraq, yatağa saldığı xanımlar arasında yetkinlik yaşına çatmayanlar da var. Bu təəccüblü qarşılanmamalıdır, çünki bundan öncə Bəxtiyar Hacıyevin yetkinlik yaşına çatmayan qızlarla intim yazışmaları ortaya çıxmışdı və vaxtilə onunla eyni çevrədə olanlar bu şəxsin “uşaqbazlığı” haqda sosial şəbəkələrdə paylaşımlar etmişdi. İndi bu görüntülər həmin iddiaları təsdiq edir və bu, Cinayət Məcəlləsinə görə cinayət tərkibli əməldir.

İkincisi, Bəxtiyar Hacıyevin yatağa saldığı xanımlardan birinin dostunun nişanlısı, digəri başqa bir dostunun həyat yoldaşı olması haqda məlumatlar var. Hətta, xanımlardan birinin Bəxtiyar Hacıyevin xaricə təhsil üçün göndərdiyi dostunun nişanlısı olduğu deyilir. Bu, nə ictimai, nə də mənəvi əxlaqa uyğun deyil.

Məhz bu iki amil görüntüləri artıq “şəxsi həyat” kateqoriyasından çıxarır və ictimai müzakirəyə səbəb olur. Yəni, özünü ictimai fəal, siyasətçi, mənəvi dəyərlərin müdafiəçisi kimi qələmə verən bu adamın gerçək üzü “uşaqbazlıq”dan və el dili ilə desək, “oğraşlıqdan” ibarətdir.

Ən gülüncü isə Bəxtiyarın bu əməlinə bəzilərinin həyəsızcasına haqq qazandırmasıdır. Belə çıxır ki, Bəxtiyar Hacıyev hakimiyyətə qarşı mübarizə aparırsa (???), onun etdiyi bütün əclaflıqlara, oğraşlıqlara haqq qazandırmaq olar. Hərçənd ki, bundan öncə yayılan səs yazıları təsdiq edir ki, Bəxtiyar Hacıyevin hakimiyyətlə mübarizəsi “yaxşı qazanc əldə etməkdən” başqa bir şey deyil.

Necə olur ki, hakimiyyətin hansısa düz işini müdafiə edənlərə “yaltaq” deyirlər, amma hakimiyyətə qarşı “mübarizə” aparan Bəxtiyar Hacıyevin nə qanuna, nə ictimai əxlaqa sığmayan əməlini müdafiə edə bilirlər?! Yəni, Bəxtiyar Hacıyev bütün iyrəncliyə əl ata, dostunun həyat yoldaşını yatağa sala bilər, yatağa saldığı xanımları digər dostlarına “ötürə” bilər, hətta “uşaqbazlıq”la da məşğul ola bilər, çünki o “ictimai fəal”dır, hakimiyyətə qarşı “mübarizə aparır”. Amma Hüseynbala Mirələmovun hansısa qeyri-etik görüntüləri yayılanda bunu "hakimiyyətin günahı" kimi təqdim edib, adamı linç edirlər... 

Müxalif cameənin prinsipi bundan ibarətdir: Sən hakimiyyətə qarşı mübarizə aparırsansa, hər cür oğraşlığın, uşaqbazlığın belə “şəxsi həyatındır”.

Təkcə bu yanaşma belə özlərinə müxalifət deyən bu şəbəkənin nə qədər deqradasiyaya uğradığını, mənəvi dəyərləri heçə saydığını, namus-qeyrət kimi anlayışların onlar üçün heç bir şey ifadə etmədiyini təsdiq edir.

İndi Bəxtiyar Hacıyev “aclıq aksiyası” edir. Deyirlər ki, bu aksiya 45 gündən çoxdur davam edir. Halbuki, tibb elmi bir insanın bu qədər ac qala bilməsinin mümkünsüz olduğunu isbatlayıb və bəllidir ki, “aclıq aksiyası” da Bəxtiyar Hacıyevin "Oskarlıq" performanslarından biridir. Müxalif cameəsindəki fikir belədir ki, Bəxtiyarın “aclıq aksiyası” hakimiyyətə qarşı “dirənişdir” və bu şəxsə hər şey mübahdır: yəni, yetkinlik yaşına çatmayan qızları yoldan çıxarmaq da, dostunun həyat yoldaşını yatağa salmaq da, başqa bir dostunun nişanlısından istifadə edib, digərlərini “ötürmək” də.

Bunun adı sadəcə oğraşlıqdır, iyrənclikdir!

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top